Tanınmış jurnalist Anar Mahmudoğluna ağır itki


Tanınmış Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı vəfat edib. O, "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. E.Tofiqqızının yaxınları bildirib ki, bu gün o süd vəzilərindəki şişlə bağlı əməliyyat olunmalı imiş. Amma əməliyyata hazırlıq zamanı, xəstəyə miqdarından artıq narkoz vurulub və E.Tofiqqızı komaya düşüb. Onu komadan ayıltmaq mümkün olmayıb və keçinib.

Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun və 21-ci polis bölməsinin əməkdaşları gəlib və həkimlərdən izahat alıblar. E. Tofiqqızının nəşi ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Ekspertizanın nəticələri, mərhumun hansı səbəbdən dünyasını dəyişməsi sabah bilinəcək.

Ekspertizanın nəticələri, mərhumun hansı səbəbdən dünyasını dəyişməsi sabah bilinəcək.
İlkin rəyə görə, xəstənin ölümünə həkimlərin məsuliyyətsizliyi səbəb olub.

Qeyd edək ki, Elnarə Tofiqqızı
Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsinin dekanı idi.

Allah rəhmət eləsin!
image description