Azərbaycan ABŞ və Böyük Britaniya ilə hərbi təlimlər keçəcək

Azərbaycan oktyabrda ABŞ və Böyük Britaniya ilə hərbi təlimlər keçəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, oktyabrın 2-dən 2014-cü il iyulun 22-dək partlamamış maddələrin zərərsizləşdirilməsi üzrə beynəlxalq kurs keçiriləcək.

Kurs ABŞ-ın San-Antonio şəhərində baş tutacaq.

Həmçinin, gələn ay Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən, hərbi dəniz təliminə hazırlıq və zabitlər üçün təməl hərbi dəniz təlimi kursu başlayacaq. Böyük Britaniyanın Dartmus şəhərində oktyabrın 14-də başlayacaq kurs gələn ilin oktyabrın 10-dək davam edəcək.

AzNews.az