Keçmiş icra başçısına nazirlikdə vəzifə verildi – Özəl

Sabiqlərdən birinə yeni vəzifə verilib.
AzNews.az-a daxil olan məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Həsən Sarıyev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional şöbəsinin müdiri təyin olunub. Xatırladaq ki, bir müddət öncə sabiq icra başçısının yenidən yüksək vəzifə əldə etmək üçün bütün imkanlarını səfərbər etdiyi bildirilirdi. Bu xəbərlərin arasında Həsən Sarıyevin Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri təyin olunacağı barədə də şayiələr dolaşırdı.

Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən də təsdiqləyiblər. Nazirliyin Mətbuat Xidmətinin rəisi Murtuzəli Hacıyev AzNews.az-a deyib ki, Həsən Sarıyev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional şöbəsinin müdiri vəzifəsinə sentyabrın 25-i təyin olunub.

Ruhiyyə
AzNews.az