Nazir vətəndaşlarla görüşdü

Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 4-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Nazir tibbi yardıma, müalicəyə, müayinəyə ehtiyacı olan sakinlərin səhiyyə ocaqlarına istiqamətləndirilməsi üçün göstərişlər verib.

Səhiyyə naziri ilə görüşə Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay və İsmayıllı rayonlarında yaşayan 70-ə yaxın insan qatılıb.

AzNews.az