İmranın qopan ayağının yerinə protez taxılacaq

İyul ayında Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 3 yaşlı İmran Cəfərzadənin ayağının yerinə protez ayaq taxılacaq.

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov anspress-ə açıqlamasında, həkimlərin balaca İmranın ayağındakı sınan sümüklərin birləşməsini gözlədiklərini söyləyib. V.Qafarovun sözlərinə görə, sümüklər tam şəkildə birləşəndən sonra İmran Cəfərzadənin ayaqlarına qoyulan millər çıxarılacaq.Bu prossesdən sonra 3 yaşlı İmranın qopan ayağının yerinə protez ayaq taxılacaq.

Mətbuat ataşesi V.Qafarov bütün bu prosseslərin uğurlu keçməsindən sonra İmranın vətənə dönməsi məsələsindən bəhs etməyin mümkün olacağını deyib. "İmran Cəfərzadənin Azərbaycana gəlməsi məsələsindən danışmaqdan söhbət belə gedə bilməz. İmranın ata-anasının yardımı ilə çarpayıda oturur. Millər çıxarılandan sonra taxılacaq protez ayaqla İmran rahat yeriyə biləcək".

Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, dogərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadə Azərbaycan Respublikası prezidentinin xüsusi göstərişi ilə Almaniya müalicəsini davam etdirir.

AzNews.az