Balakən rayonunun 3 kəndinə təbii qaz verildi

Bu gün Balakən rayonunun Roçəhməd, Böyük Tala və Əyri Tala kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.


AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 12,5 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 94 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az