Qazaxda seçicilərin əksəriyyəti səs vermədə iştirak edib – DSK

Qazax rayonunda seçki prosesi seçici fəallığı ilə müşahidə olunur.

AzNews.az-ın bölgəyə ezam olunmuş muxbiri xəbər verir ki, rayon sakinləri əsasən 107 saylı Qazax Seçki dairəsində, qismən isə 106 saylI Tovuz-Qazax seçki dairəsində səs verir. Rayon əhalisi seçkilərdə yüksək fəallıq nümayiş etdirir. Günorta saatlarına olan məlumata görə, seçici siyahısı üzrə seçicilərin əksəriyyəti öz səsvermə hüququndan istifadə edib. Ayrı-ayrı seçki məntəqələri üzrə seçicilərin yüksək fəallığı müşahidə olunub. Seçki məntəqələrində müşahidəçilərin və jurnalistlərin iştirakı təmin edilib. 106 saylı Tovuz-Qazax Seçki Dairəsindən aldığımız məlumata görə, seçicilərin 58.21 faizi 15:00 –a kimi artıq səsvermə hüququndan istifadə edib. Belə ki, 28348 nəfər məntəqələrə gələrək öz namizədinə səs verib. 107 saylı Qazax Dairə Seçki Komissiyası üzrə məntəqələrə gələrək seçkilərdə iştirak edən 26188 nəfər seçici səs vermə hüququna malik əhalinin 57.31 faizini təşkil edir.

Elnur
AzNews.az