“Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər” “Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər”

“Baxış keçirdiyimiz yerlərdə neqativ hallarla rastlaşmadıq”

“Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər”




Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, N. Qule bildirib ki, nümayəndə heyətində Fransa Senatının 5 üzvü təmsil olunur. Nümayəndə heyəti seçkiləri Quba rayonunda müşahidə edib: "Biz iki qrup halında seçkiləri müşahidə etdik. Baxış keçirdiyimiz yerlərdə qeyri-adi və neqativ hallarla rastlaşmadıq".

2003-cü ildə Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etdiyini deyən N. Qule vurğulayıb ki, Azərbaycanı yaxşı tanıdığını deyib: "Mən 10 il ərzində Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı inkişafı müşahidə edirəm. Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər. Amma biz müşahidələrimiz zamanı şəxsən belə faktlarla rastlaşmadıq".

Missiya üzvü, senator Mohamed-Soilihi isə bildirib ki, seçkilər qanuna və normalara uyğun keçirilib: "Mən seçkinin gedişatında öz ölkəmdə keçirilən seçkilərlə heç bir fərq görmədim. Bir fərq istisna olunmaqla, mən öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm".

Senat üzvü Jan-Kloud Peroni qeyd edib ki, onlar normal keçən seçkiləri müşahidə ediblər. Onun sözlərinə görə, seçki məntəqələrindəki şərait, şəffaf qutular seçki prosesinin yaxşılaşdığını deməyə əsas verir: "Biz Qubanın uzaq dağlıq kəndlərindəki seçki məntəqələrinə də baş çəkdik. Orada bütün namizədlərin müşahidəçiləri ilə rastlaşdıq. Onlar hər hansı bir neqativ halların aşkarlanmadığını bildirdilər".

AzNews.az