- Köhnə - Cəmiyyət
- 10 Oktyabr 2013 08:47
- 1 647
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupundan seçki açıqlaması
Bununla bağlı konfransda qrupun üzvü, estoniyalı siyasətçi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: "Biz burada qısamüddətli missiya üçün gəlmişdik və ancaq seçki gününü müşahidə etdik. Müşahidələrimizdən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib".
Bir çox seçki məntəqələrində olduğunu deyən qrupun üzvü, Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazimi səviyyədə təşkil edildiyini vurğulayıb: "Mən hər hansı bir zorakılıq halına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik".
Həmkarlarının fikri ilə razılaşdığını deyən qrupun üzvü Nikolas Qriffin müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini deyib: "Onların şikayəti ziddiyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım, ancaq tapa bilmədim". N.Qriffin əlavə edib ki, seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlməyib: "Seçkilər azad və demokratik şəkildə keçirildi".
Qrupun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyərək qeyd edib ki, vəziyyət heç də Bakıdakından fərqli deyildi: "Seçki ardıcıllığı və qanunlara riayət olunması yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni çox sevindirdi. Onlar çox fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir"
AzNews.az