“İDESS“: “Seçkinin gedişinə müdaxilə edilməyib“- Bəyanat

Beynəlxalq "İDEES" qeyri-hökumət təşkilatlarının müşahidə missiyası Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.

Missiyaya Afrika, Asiya, Latın Amerikası və Avropanın 37 ölkəsini təmsil edən 52 parlamentari və eksperti daxil olub. Seçki günü müşahidəçilər Bakıda və 5 rayonda 26 seçki dairəsində fəaliyyət göstəriblər. Onlar 450 seçki məntəqəsini ziyarət ediblər.

Seçki günü ölkədə vəziyyət sakit və dinc olub, yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişinə müdaxilə olunmayıb. Seçki məntəqələrinin çoxunda müxtəlif siyasi partiyalara mənsub yerli müşahidəçilər də var idi. Səslərin hesablanması açıq və şəffaf keçirilib.

AzNews.az