Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqı əhəmiyyətli qərar verdi“

Asiya-Sakit okean hövzəsi ölkələrindən 300-dən artıq partiyanın təmsil olunduğu Beynəlxalq Asiya Siyasi Partiyaları Təşkilatı Azərbaycanda keçirilən prezident seçkilərini müsbət qiymətləndirir. Bunu Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında beynəlxalq təşkilatın Baş katibi Çunq Eu-Yonq bildirib.

Yonq bildirib: "Missiya bir sıra məntəqələrdə müşahidələr aparıb, missiya üzviləri prezidentliyə namizədlərin nümayəndələri ilə görüşüblər. Bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanda prezident seçkiləri qayda pozuntusuz, demokratik şəraitdə keçirilib. Hər bir namizəd öz platformasını seçicilərə təqdim etmək imkanına malik olub".
Onun fikrincə, Azərbaycan xalqı səsvermə prosesində aktiv şəkildə iştirak edib, məntəqələrin texniki təchizatı yüksəksəviyyədə olub.
Eu-Yonq bildirib: "Azərbaycan xalqı ötən gün ölkənin gələcəyinə istiqamətlənən əhəmiyyətli qərar verib".

AzNews.az