Çingiz Qənizadə namizədlərə müraciət etdi

Demokratiya və İnsan Hüquqları Komitəsi prezident seçkiləri ilə bağlı bəyanat verib.

Komitənin sədri, millət vəkili Çingiz Qənizadə bildirib ki, komitənin üzvləri tərəfindən Bakı, Sumqayıt, Gəncə şəhərlərində, həmçinin respublikanın digər 10 rayonunda seçkilərin monitorinqi aparılıb və hər hansı ciddi qanun pozuntusuna rast gəlinməyib.
Seçkilər ölkə qanunlarına və beynəlxalq normalara uyğun, şəffaf və ədalətli keçirilib. Seçki dairə və məntəqələrində jurnalistlərə informasiya əldə etməsi üçün tam normal şərait yaradılıb: "Müşahidələrimiz onu deməyə əsas verir ki, prezidentliyə namizəd İlham Heydər oğlu Əliyev böyük səs fərqi ilə seçkilərdə qalib gəlib. Qalib gəlmiş namizəd İlham Heydər oğlu Əliyevi təbrik edir, digər namizədləri seçki mədəniyyəti nümayiş etdirməyə və seçkilərin nəticələrini tanımağa, qalib namizədi təbrik etməyə çağırır, doğma Azərbaycanımıza bütün sahələrdə növbəti 5 ildə yeni-yeni uğurlar arzulayırıq".

Elnur
AzNews.az