Azərbaycanlı zəvvarlar Mina dağına gediblər

Azərbaycanlı zəvvarlar üçün hərtəfərli şərait yaradılıb

Həcc ziyarətdə olan azərbaycanlı zəvvarların ziyarəti bütün dini rituallara uyğun keçirilir. Bu barədə məlumatı AzNews.az-a Həcc ziyarətinə gedən Kikboksinq Federasiyasının vitse-prezidenti Namiq Əsgərov verib.
N.Əsgərovun sözlərinə görə, azərbaycanlı zəvvarların ziyarəti üçün hər cür şərait yaradılıb: "Dini ayinlərin icrası nizam-intizamla həyata keçirilir. Zəvvarlarımızın qalması, ziyarəti üçün hərtərəfli şərait yaradılıb. Prezident seçkiləri günü Həcc ziyarətində olan zəvvarlarımız səsvermə hüququndan istifadə edərək seçkilərdə fəal iştirak ediblər. İlham Əliyevın növbəti dəfə prezident seçilməsi üçün səs veriblər".
N. Əsgərov bildirib ki, hazırda zəvvarlarımız Məkkədən Mina dağına gedirlər.
Məlumat üçün qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 3600-ə qədər zəvvar yola düşüb.
Elnur
AzNews.az