Səudiyyə Ərəbistanı bir gecədə 45 PUA-nı vurdu

Yaxın Şərqdə gərginlik davam edir.

ABŞ və İsrail fevralın 28-də İranla danışıqlar davam etdiyi bir vaxtda Tehrana hərbi hücumlara başlayıb.

İran isə buna cavab olaraq İsraillə yanaşı ABŞ-ın hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən edilən hədəflərə zərbələr endirib.

Səudiyyə Ərəbistanından açıqlama

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkəyə yönələn hücumlarla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, gecə ərzində Səudiyyə Ərəbistanının hava məkanına daxil olan 45 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Həmçinin qeyd olunub ki, dünən axşamdan bəri ölkə hava məkanına daxil olan ümumilikdə 64 PUA və 2 ballistik raket hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Mövsüm,

AzNews.az