Valter Füst Azərabycan gənclərinin aktivliyini istəyir



BMT-nın Hökumət Komissiyasının sədri, YUNESKO və Ümümdünya Telekommunikasiya Birliyinin Brodband Komissarı, səfir Valter Füst AzNews.az saytına veridiyi məlumatda bildirib ki, Azərbaycanda ICT sahəsi sürətlə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda Elektron Hökümətin inkişafı planları və tətbiqi çox təqdirəlayiqdir: "Bu il keçiriləcək Beynəlxalq Forum bunun bariz nümunədir. İnformasiya kommunikasiya texnologiyaları sahəsində görülən uğurlu adımlar xüsusilə diqqətəlayiqdir.
V. Füst bildirib ki, müxtəlif tədbirlərdə və ali təhsil müəssisələrindəki görüşlər gənclərimizin aktivliyi, düşüncə tərzi, təhsilin zəngin bəhrəsinin nəticəsi baxımında əhəmyətlidir: "Yalnız uğurlu təhsil siyasəti ilə ölkənin gələcəyi üçün faydalı nəsil yetişdirmək mümkündür. Gələn səfər zamanı Azərbaycan gəncləri ilə fikir mübadiləsi aparmaq və ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdən məmnun olarıq".
Əminə
AzNews.az