Yazıçımız Beynəlxalq “Altın Yıldız” medalına layiq görülüb

Yazıçı Qərib Mehdi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib və Beynəlxalq "Altın Yıldız" medalına layiq görülüb. Lent. az-ın məlumatına görə, yazıçıya bu mükafat türk dünyasının ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətə görə verilib.


Xatırladaq ki, bu mükafatı dünyanın 15 ölkəsindən olan bir sıra tanınmış şəxslər alıb.

Qeyd edək ki, Q. Mehdi daha əvvəllər BMT-nin "Şərəf və vicdan" ordeni ilə təltif olunub.

AzNews.az