Gülər Əhmədova ilk məhkəmə iclasına gətirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı ilk məhkəmə iclası keçirilib.


AzNews.az Publika.Az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin xüsusi avtomobili ilə məhkəməyə gətirilən Gülər Əhmədova geyimi ilə iclasa gələn insanları təəccübləndirib. Belə ki, həbsdə olan sabiq deputat məhkəməyə qapalı libasda gəlib. G.Əhmədova topuğuna qədər uzanan don geyinib. Başını isə bağlayıb. Sabiq deputatın iri eynək taxması da diqqətdən yayınmayıb.

Xatırladaq ki, bir müddət əvvəl həbsdə olan sabiq deputatın həbsxanada ibadətə başlaması barədə məlumatlar yayılmışdı. Gülər Əhmədovanın məhkəməyə geyindiyi libas da bunu təsdiq edib.

AzNews.az