Qanunsuz materiallar istehsal edənlər həbs olunacaq Qanunsuz materiallar istehsal edənlər həbs olunacaq

Dini təyinatlı materiallarla bağlı layihə qəbul olundu

Qanunsuz materiallar istehsal edənlər həbs olunacaq



Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cinayət məsuliyyəti sərtləşdirilib.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin 167-2 maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məcəllənin 167-2 maddəsinə edilən dəyişikliklərə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları, dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə 5 min manatdan 7 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək törətdikdə cərimələr 7 min manatdan 9 min manat və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Layihə səsə qoyularaq qəbul olunub.

AzNews.az