Xeyli mükafatları var Xeyli mükafatları var

Yeni müdafiə naziri kimdir?

Xeyli mükafatları var

Məlum olduğu kimi Prezident İlham Əliyev 22 oktyabrda yeni hökumətin tərkibini təsdiqlədi.
Yeni tərkibdə ən diqqətşəkən dəyişikliklərdən biri müdafiə naziri vəzifəsinə yeni şəxsin - Zakir Həsənovun təyin edilməsi oldu.

Bəs, Zakir Həsənov kimdir?
6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Prezidentin 16.08.2002-ci il sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 30.06.2004-cü il tarixli 294 N-li sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bu gün Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilib.

Ailəlidir. İki övladı var.