- Köhnə - Cəmiyyət
- 28 Oktyabr 2013 10:52
- 3 776
Yetim uşaqlar təhsil haqqından azad edildi
Nazirlər Kabinetindən verilən məlumata görə, "Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi" və "Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"nə müvafiq dəyişikliklər edilib.
Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.
AzNews.az