Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az