“Tarixi ədalət bərpa olunacaq” “Tarixi ədalət bərpa olunacaq”

Əli Həsənovdan ermənilərə xəbərdarlıq

“Tarixi ədalət bərpa olunacaq”




"Bu gün işğal altında olan Zəngilan rayonunda ermənilər məskunlaşıb. O ermənilər iki dəfə qaçqın həyat yaşayacaqlar".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Onun sözlərinə görə, prezident İlham Əliyev andiçmə mərasimində bəyan edib ki, tək Qarabağ və işğal edilmiş digər rayonlarımız yox, Göyçə və Zəngəzur da azad ediləcək, azərbaycanlılar o tarixi torpaqlara qayıdacaqlar: "Tarixi ədalət bərpa olunacaq. Zəngilan rayonu 1930-cu ildə yaradılıb. Ancaq 1940-1950-ci illərdə rayonun torpaqlarının böyük qismi Ermənistana verilib. Nüvədi və digər kəndlər də bu sıradadır. O torpaqlara da azərbaycanlılar qayıdacaq. Zəngilanda məskunlaşan ermənilərə də xəbərdarlıq edirəm, o torpaqlarda daimi yaşamayacaqlar. Zəngəzur və Göyçəyə də azərbaycanlılar qayıdacaqlar".

AzNews.az