İclasda E.Süleymanov müzakirə edilən məsələlərə münasibət bildirəcək İclasda E.Süleymanov müzakirə edilən məsələlərə münasibət bildirəcək

Azərbaycan AvroNestin iclasına qatılacaq

İclasda E.Süleymanov müzakirə edilən məsələlərə münasibət bildirəcək




Milli Məclisin deputatı, AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək Ukraynada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək toplantının gündəliyinə Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyini və digər məsələlər daxildir.

İclasda E.Süleymanov müzakirə edilən məsələlərə öz münasibətini bildirəcəkdir.

AzNews.az