"Belə bir məsələ gündəmdə deyil" "Belə bir məsələ gündəmdə deyil"

Kommunal haqların artırılması ilə bağlı açıqlama

"Belə bir məsələ gündəmdə deyil"




Azərbaycanda kommunal xidmət tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil.

Bu barədə "APA-Economics"ə Tarif (Qiymət) Şurasından məlumat verilib: "Hazırda tariflərin artırılması ilə bağlı Şurada heç bir məsələ müzakirə olunmur".

Tarif Şurasından bildirilib ki, kommunal xidmətlərin tariflərinin artırılması ilə bağlı müvafiq dövlət təşkilatları olan "Azərenerji" ASC, Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi və "Azərsu" ASC-dən quruma heç bir təklif daxil olmayıb.

AzNews.az