Tailand Krallığından İlham Əliyevə məktub

Tailand Krallığının Baş naziri xanım Yinqlak Şinavatra İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: "Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Tailand Krallığının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram.

Qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan möhkəm inamının əyani göstəricisidir. Əminəm ki, Tailand ilə Azərbaycan arasında əlaqələr və dostluq münasibətləri hakimiyyətdə olacağınız növbəti dövrdə də inkişaf edəcəkdir.

Xalqlarımız arasındakı qarşılıqlı səmərəli əməkdaşlığı bütün sahələrdə möhkəmləndirmək üçün Sizinlə birgə çalışmaqdan məmnunam. Azərbaycanı daha firavan gələcəyə aparmaq işində Sizə uğurlar arzu edirəm".

AzNews.az