İki məhkumda mobil telefon aşkar edilib

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1983-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1 , 177.2.2 , 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Vüsal Aydın oğlu Quliyevin üzərinə və şəxsi əşyalarına baxış keçirilib. Bu zaman idman çantasının içərisində gizlədilmiş 1 ədəd "Nokia-1280" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 182.3.3 maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Niyaz Paşa oğlu Paşayevin üzərinə baxış keçirilən zaman 1 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar edilib.

Faktlar üzrə araşdırma aparılır.

AzNews.az