Spiker öz kürsüsünü deputata təklif etdi: “Gəl otur yerimdə"

Milli Məclisin bu gün başlayan plenar iclasında spikerlə deputat arasında maraqlı dialoq baş verib.


AzNews.az-ın məlumatına görə, dialoq Milli Məclisin sədri Oqtay Əsədovun iclasda büdcənin müzakirəsi ilə bağlı danışacaq şəxslər haqda məlumat verdiyi zaman yaranıb.

Spiker iclasda əvvəlcə parlamentin Sosial siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, sonra Maliyə naziri Samir Şərifov, daha sonra isə İqtisadi İnkişaf nazirinin çıxış edəcəyini deyib.

Bu zaman cümləsini tamamlamamış, millət vəkili Elmira Axundova yerindən replika ataraq, "Deputatlara da söz verin!" deyib. O. Əsədov isə deputatın bu replikasını sərt şəkildə cavablandırıb: "Gəl, otur mənim yerimdə iclası apar".

Elnur
AzNews.az