- Köhnə - Cəmiyyət
- 13 Noyabr 2013 16:46
- 2 863
Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə
AzNews.az komissiyanın rəsmi saytına istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün 350 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan 3 saat davam edəcək və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunacaq. Sualların 80-i namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb), 20-si isə nаmizədlərin (suallar TQDK tərəfindən hazırlanıb) məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edəcək.
İmtahanda toplanması mümkün olan maksimal bal 90-a bərabərdir.
Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
AzNews.az