Baş redaktora 4 il iş verildi

.

Noyabrın 13-də "Nota Bena" qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə hökm oxunub. Xətai məhkəməsində oxunan hökmlə S.Əlibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az Azadliq. Info-ya istinadən xəbər verir ki, prokuror baş redaktora 5 il 6 ay həbs istəmişdi.
S.Əlibəylinin vəkili Samir İsayev deyib ki, məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.

Elman
AzNews.az