İlham Əliyev “Dövlət proqramı“na dəyişiklik etdi

Prezident İlham Əliyev 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az-ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nı "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 824; 2009, № 11, maddə 886; 2010, № 2, maddələr 78, 80, № 7, maddə 610; 2011, № 6, maddə 553) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. "İxtisarlar" hissəsinə "AB Avropa Birliyi" sözlərindən sonra "ABOEMDA Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
2. "Təsdiq edilmiş və hazırda icra olunan strategiyalar, dövlət proqramları, konsepsiya, fəaliyyət və tədbirlər planlarının siyahısı" adlı 2 nömrəli əlavədə:
2.1. 2-ci bənddə "SEN" akronimi "ABOEMDA" akronimi ilə əvəz edilsin;
2.2. 3-cü bəndə "ABOEMDA" akronimi əlavə edilsin.


AzNews.az