İlham Əliyev təbrik etdi


Azərbaycan prezidenti İlham Əliyev Abdulla Yamin Abdul Qəyyumu Maldiv Respublikasının prezident seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, təbrik məktubunda bildirilib:

"Hörmətli cənab Prezident, Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Maldiv xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

AzNews.az