Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana gedəcək

Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfər edəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstan Silahlı Qüvvələrinin təhsil sistemi ilə tanışlıq məqsədilə dekabrın 3-də Tbilisiyə səfər edəcək.

Səfər dekabrın 5-dək davam edəcək.

Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, həmçinin dekabrın 10-12-də Tbilisidə "STANAG Testlərinin təşkili və keçirilməsi üzrə təcrübə mübadiləsi" keçiriləcək. Azərbaycan hərbçiləri orada iştirak edəcək.

AzNews.az