- Köhnə - Cəmiyyət
- 3 Dekabr 2013 11:24
- 2 525
Deputat qiymət artımından danışdı: “Bu, yanlış siyasətdir”
"Media forum" saytının məlumatına görə, deputat deyib ki, benzinin və dizel yanacağının qiymətində artım digər sahələrdə də bahalaşmaya gətirəcək: "Əmək haqlarında 10 faiz artım müqabilində qiymətlər 30 faizə yaxın artır. Bu, yanlış siyasətdir və artımın ölkə iqtisadiyyatına heç bir müsbət təsiri olmayacaq".
Tarif Şurası Dövlət Neft Şirkətinin müraciəti əsasında Aİ-95 benzininin qiymətini 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 benzininin qiymətini 1 litr üçün 70 qəpik, dizel yanacağının qiymətini 1 litr üçün 60 qəpik təyin edib.
Qiymətlər dekabrın 3-dən qüvvədədir.
AzNews.az