Nəqliyyat Nazirliyi digər dövlət qrumlarından yardım istəyir Nəqliyyat Nazirliyi digər dövlət qrumlarından yardım istəyir

Hökumət “dayanacaq quldurlarını” niyə cəzalandırmır?

Nəqliyyat Nazirliyi digər dövlət qrumlarından yardım istəyir


Heç kimə sirr deyil ki, paytaxt küçələrində gün ərzində 10 minlərlə avtomabil hərəkət edir və onlar hardasa saxlayıb, 5-10 dəqiqə bir iş görmək istəsələr 20 qəpiklərindən keçməlidirlər. Adətən qollarına komanda kapitanı kimi qırmızı sarğı sarıyan, yan hakim kimi oyana-buyana cuman "didarsız"ları görəsən, bura kimlər təhkim edib?

Bu pullar nəyə görə yığılır və əgər bu pullar qanunidirsə, niyə sürücülərə buna görə qəbz təqdim olunmur? Hətta araşdırma zamanı məlum olur ki, şəhərdə qiymətlər yaman qalxıb, daha çox az yerlərdə 20 qəpik tələb edilir. "Kəraməti" ali olan yerlər məsələn "Əlyazmalar İnstitutu"nun yaxınlığındakı parketmə yerlərində sürücü bir manat ziyana salınır. Nəqliyyat Departamentinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov AzNews.az saytına bildirdi ki, əgər qoluna qırmızı sarğı bağlayıb pul yığan adamlar qanuni fəaliyyət göstərirsə, onda alınan pullara görə qəbz verməlidir.

Əgər onlar vətandaşa qəbz vermirsə, deməli, bu qeyri-qanuni yığılan vəsaitdir və bu pullar həmin şəxslərin cibinə gedir: "Qəbzsiz yığılan pullar dövlət büdcəsinə gedə bilməz. Biz buna qarşı mübarizə aparırıq. Qanunvericilikdə avtomobil parklandırılması üçün təxminən 10 qəpik nəzərdə tutulur.

Bu məbləğ sürücüdən o halda alına bilər ki, onlar qanuni fəaliyyət göstərsin və ödənişə görə vətandaşa qəbz təqdim etsinlər. Biz bunu inkar etmirik ki, bu gün şəhərimizdə qeyri-qanuni yolla sarğı bağlayıb pul yığan şəxslər var. Belə şəxslərin varlığından xəbərimiz var. Bu problemi həll etmək üçün biz hüquq mühafizə orqanları ilə birlikdə mübarizə aparmalıyıq".


Bahadur Qobustan

AzNews.az