- Köhnə - Cəmiyyət
- 17 Dekabr 2013 18:21
- 1 694
Azərbaycan və İtaliyanın xarici işlər nazirləri görüşüb - FOTO

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Emma Bonino Azərbaycana səfərindən məmnun olduğunu bildirib və "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycan tərəfini təbrik edib.
Görüşdə Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Avropa Birliyi münasibətləri, o cümlədən ölkəmizin avro-atlantik strukturlara inteqrasiyası müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və regionda təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
AzNews.az