Xanım Qafarova müalicədən qayıtdı - Açıqlama


"Artıq Bakıdayam, doğma torpağımda. Bir az olar ki gəlmişəm. Məni qızım qarşıladı. Çatan kimi ilk sualı belə oldu: "Ana sağalmısan? Bir də xəstələnməyəcəksən ki? Ana, nə olar bir də xəstələnmə, getmə xəstəxanaya"".

Bunu AzNews.az-a əməkdar artist Xanım Qafarova bildirib. Aktrisa dedi ki, hazırda ona baş çəkməyə gələnlərin sayı-hesabı yoxdur. Amma onların arasında hələ ki, sənət adamları deyil, ailəvi qohum-əqrabalardır".

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və buna görə 3 dəfə əməliyyat keçirib.

Bahar Rüstəmli
AzNews.az