- Köhnə - Cəmiyyət
- 29 Dekabr 2013 11:23
- 4 433
Səttar Mehbalıyev tapşırıq verdi – Hamı dəfnə gedir
AHİK mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzNews.az -a açıqlamasında vurğulayıb ki, S.Mehbalıyev özünün bu mərasimdə iştirak etməsi ilə bağlı bizə heç bir məlumat verməyib.
Lakin o AHİK əməkdaşlarının dünyasını dəyişən Zaur Həsənovun dəfn mərasimində iştirak etməsi ilə bağlı tapşırıq verib. O qeyd edib ki, bütün respublika həmkarlar təşkilatlarından Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəklər: "Bunun üçün yaxın saatlarda ora gedəcəyik".
Amid Əyyuboğlu
AzNews.az