Dövlət Baytarlıq Xidmətinin hesabat yaydı Dövlət Baytarlıq Xidmətinin hesabat yaydı

Bütün heyvanlara tibbi yardım göstəriləcək

Dövlət Baytarlıq Xidmətinin hesabat yaydı



AzNews.az-ın Baytarlıq Xidmətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qarayara xəstəliyinə görə 2444965 baş iribuynuzlu, 7326944 baş xırdabuynuzlu və 106816 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə görə A,O, Asiya-1 tipinə qarşı 2509998 baş iribuynuzlu heyvanlarda qabaqlayıcı tədbirlər həyata keçirilib. A,O tipinə qarşı 3936650 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 241686 baş itdə, brusellyoz xəstəliyinə qarşı 1676174 baş xırdabuynuzlu heyvanlarda Rev-1 vaksini ilə, həmçinin quşların nyukaslına qarşı 10600308 baş quşda H vaksini ilə, 20377505 baş quşda La-Sota vaksini ilə profilaktik peyvəndləmə aparılıb.

Brusellyoz xəstəliyinə qarşı bu ilin ötən dövründə 949943 baş iribuynuzlu, 147919 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq, baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb. 1223 baş iribuynuzlu, 429 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar brusellyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb. Vərəmə qarşı 538657 baş iribuynuzlu, manqoya qarşı 56954 baş təkdırnaqlı heyvan müayinə olunub və xəstə aşkar olunmayıb.

Ölkəyə idxal olunan müxtəlif növ yeyinti məhsulları Baytarlıq Laboratoriyasında bakterioloji, kimyəvi-toksikoloji, radioloji müayinələrdən keçirilmiş və qida üçün yararlılığı müəyyən edilərək istifadəyə verilib.

Quş qripinin qarşısının alınması ilə əlaqədar bu ilin əvvəlindən ev və çöl quşları arasında müvafiq olaraq 2 dəfə monitorinqlər keçirilib. 3954 baş ev və çöl quşlarının qan nümunələri, 48 baş ev və çöl quşlarının patmaterialı quş qripinə görə müayinə edilib. Qan nümunələri və patoloji materialların laborator müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib.

Seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb.

Bahadur
AzNews.az