- Köhnə - Cəmiyyət
- 11 Fevral 2014 22:15
- 4 042
Avtomobil kreditləri bərpa edildi - VIDEO

Yeni şərtlərə əsasən Banklar öz vəsaitlərini yeni avtomobilllər üçün - ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək. 1 ildən çox sürülmüş avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 %-ni əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 % -dərəcəsi ilə ödəməlidir. Bundan başqa müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Lakin yaranan vəziyyət maşın bazarında durğun vəziyyəti daha da gərginləşdirib
Yeni şərtlərin mənfi təsiri daha çox təkrar bazarda özünü göstərir. Bu şərtlərlə borclanmaqdansa nəğd alış verişi sərfəli sayan alıcılar bazardan əliboş dönməli olurlar.
Maşın bazarını araşdıran iqtisadçılar da nikbin proqnozlar vermir.
Əmlak bazarı üzrə mütəxəssis, Ramin Osmanlı: "Avtomobil kreditlərini daha sərt qaydalarla verilməsini qərarlaşdıran hökumətsə bu yolla həm ölkədə avtomobillərin sayını, həm də dolayısı ilə benzinə olan təəlabatı da tənzimləmək istəyir."
Hazırda ölkədə verilən istehlak kreditlərinin böyük bir hissəsi avtomobil kreditlərinin payına düşür. Araşdırmalara görə qaytarılmayan kredit borclarının da təqribən 40 faizə qədəri avtomobillərə verilən vəsaitlərdir.
AzNews.az