Deputat oğlu maşınlarından danışdı- Eksklüziv açıqlama

"Mətbuatda mənə aid olduğu bildirilən avtomobillərin əslində, mənə heç bir aidiyyəti yoxdur".


Bunu AzNews.az-a açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib.

A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: "Fotoların bəzisi mənim "İnstagram" səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq, guya, həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Ümumiyyətlə, belə məsələlərin ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm".

Xatırladaq ki, virtualaz.org saytı 26 yaşlı Aynar Məmmədovun bahalı maşın və saat həvəskarı olduğunu bildirib. Saytda deputat oğluna məxsus olduğu iddia edilən maşın kolleksiyasından ən bahalı və dəbdəbəli avtomobillər nümayiş etdirilib.

Elnur
AzNews.az
image description image description image description image description