- Köhnə - Cəmiyyət
- 17 Fevral 2014 14:51
- 4 109
Əlilliyi olan şəxslərlə bağlı yeni qanunvericilik layihələri
Bu barədə AzNews.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Eyni zamanda, Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihə sənədi müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.
Hər iki layihədə əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tamhüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müyəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb (qanun layihəsi nazirliyin www.mlspp.gov.az saytında rəylər və təkliflər üçün yerləşdirilib).
AzNews.az