Rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

Nazirlik bir daha xəbərdarlıq etdi

Rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər



Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 24-də əsasən cənub və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

AzNews.az