Bakıda dəm qazından 9 nəfər zəhərləndi

Son sutka ərzində Bakıda 9 nəfər dəm qazından zəhərləndi.

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 3 nəfərə yerində yardım göstərilib, digər 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Zəhərlənmə hadisələri Bakının Qaradağ, Qaradağ, Sabunçu, Nizami və digər rayonlarında olub.

Z. Vahidova bildirib ki, dəm qazından zəhərlənmə hadisələrində əvvəlki günlərə nisbətən azalma müşahidə olunur.

Həkim bədbəxt hadisələrin baş verməməsi üçün əhalini təbii qazdan istifadədə ehtiyatlı olmağa çağırıb.

Amid
AzNews.az