- Köhnə - Cəmiyyət
- 22 Fevral 2014 18:38
- 7 044
“Razin tolkuçka”sı sökülür: sakinlər etiraza qalxdı - Foto

"Axar.az"ın verdiyi xəbərə görə, Bakıxanov qəsəbəsində sökülməsi planlaşdırılan "Razin talkuçka"sının sökülməsinə başlanılması bazar sakinlərinin narazılığına səbəb olub. Onları bazar söküldükdən sonra necə dolanacaqları narahat edir. Bəzi bazar sakinləri mağazalarının söküləcəyi halda özlərini yandıracaqlarını deyirlər. Bazar sakinləri məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətinə üz tutublar. Ancaq icra hakimiyyətindən bazarın sökülməsi ilə bağlı hər hansı bir cavab verilməyib.
AzNews.az