- Köhnə - Cəmiyyət
- 24 Fevral 2014 11:05
- 5 627
Sürücülərin nəzərinə: Bakıda bu yollar bağlanacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Həmin gün səhər saatlarından Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət xanım Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkət dayandırılacaq.
Yol polisi vətəndaşlardan həmin gün qeyd olunan ərazilərdən şəxsi avtomobillərindən istifadə etmələrini xahiş edir. Müraciətdə vətəndaşlar mümkün qədər ictimai nəqliyyatdan istifadə etmək xahiş edilir.
AzNews.az