Bizi işğal edirlər

Kapitalizmin hökm sürdüyü cəmiyyətlərdə kapitalistlər insanların beynini idarə etmək üçün müxtəlif mexanizmlərdən istifadə edirlər.

Fikir vermisinizsə Avropada, Amerikada və ya digər inkişaf etmiş ölkələrdə insanlar arasında belə bir fikir formalaşıb: Sənin şəxsi psixoloqun olmalıdır, həyatındakı problemləri ona danışaraq, ondan psixoloji dəstək almalısan.

Cəmiyyəti asan idarə etmək üçün onu parçalamaq, maksimum fərdiyyətçi insan modeli formalaşdırmaq kapitalistlər üçün vacibdir. İşə insanların ailələri ilə bağlılıqlarını dağıtmaqla başlayırlar. Müasir dövrümüzdə Sosial Medianı populyarlaşdıran faktorlardan biri də insanların həyatlarında baş verən problemləri tanımadıqları insanlarla rahat paylaşa bilmələridir. Paylaşmalar onları rahatladır. Amma digər tərəfdən də cəmiyyətdəki ailə institutunu dağıdır.Müasir fərd öz ailə üzvlərindən çox sosial şəbəkələrdəki insanlara vaxt ayırır.

Psixoloqlar

Xarici dövlətlərdə insanların idarə edilməsində psixoloqların rolu danılmazdır. Onlar insanların beyin dizaynının formalaşdırılmasında böyük rol oynayırlar. Bir çox Hollywood və Avropa istehsalı olan filmlər də, həmçinin teleşoularda psixoloqlarla ünsiyyətin çox önəmli olmasından danışaraq beyinlərə "psixoloq ehtiyacı"nın vacibliyini "yedizdirirlər".

Psixoloqlar nə üçündür?

Psixoloq qəbulunun bahalı olması bu xidmətdən əksər hallarda cəmiyyətin intellektual və maddi imkanı yüksək olan hissəsinin yararlandığından xəbər verir. Psixoloq müştərisi ilə işə başlamadan öncə onu müxtəlif psixoloji testlərdən keçirərək dəqiq psixoloji portret hazırlayır, insanın həyatında və cəmiyyətdə baş verən hadisələrə reaksiyasını analiz edir.Kim təminat verə bilər ki, psixoloq müştərilərinin intim sirrlərini təhlükəsizlik orqanlarının mərkəzləşmiş informasiya serverinə ötürmür? Onlar bu informasiyalarla cəmiyyətin total psixoloji analizlərini apara bilərlər.Xatırladım ki, kapitalizmdə informasiya kimdədirsə o güclüdür prinsipi çox populyardır.

İkincisi, psixoloqlar insanlarda müəyyən düşünmə qəlibləri yaratmaqla məşğuldurlar. Onlar bütün müştərilərinin beyinində konkret düsturlar formalaşdırırlar.Konkret problemlərdən konkret çıxış yolları təklif edir və sistemi quranlar artıq insanların beynindəki qərar vermə mexanizminin necə işləməsini dəqiq bilirlər.

İmicmeykerlər

Psixoloqlarla kifayətlənməyən sistem cəmiyyətin beynini yönəltmək üçün digər peşələr də yaratdılar.

İmicmeykerlər və stilistlər bu gün bizə "sən geyinə bilmirsən və mən sənə nə geyinmək, hansı markanı istifadə etməyin vacibliyini, nəyin yaraşıb yaraşmadığını öyrədəcəm" kimi fikirləri təlqin etməklə məşğuldur. Bəs moda və dəbi formalaşdıran insanlar kimlərdir?

Şübhəsiz ki, dünyanın ən inkişaf etmiş dövlətlərinin moda evlərinin sahibləri, böyük geyim sənayesinin formalaşdırdığı qəliblər cəmiyyət tərəfindən istər-istəməz qəbul olunur və hər kəs onunla ayaqlaşmağa calışır. Onlar insanların saç düzümünü,geyimini, taxdığı aksessuarların necə olacağına qərar verir.Niyə və nə haqla? Beləliklə də, xarici gözəlliyin daxili gözəllikdən daha çox önəmsəndiyi bir cəmiyyət formalaşdırılır. Birfədəlik eşq macəraları üçün? Seksual görünüş üçün nəinki geyim, hətta vücudunda kosmetik əməliyyatlar da artıq dəbə çevrilir.

Qəribə burasıdır ki, müasir cəmiyyətdəki əksər insanların artıq bir-birinə vücudundan başqa təklif edəcək heç nəyi qalmayıb. Çünki artıq mənəvi keyfiyyətlərin formalaşdırılmasına xarici keyfiyyətlər kimi diqqət ayrılmır.

Bəs fərdi inkişaf təlimçiləri kimlərdir?

Cəmiyyətdə uğur qazanmaq istəyən insanların arasında populyar olan yeni peşələrdən biri olan fərdi inkişaf təlimçiləri öz sələfləri olan psixoloq, stilist və imicmeykerlərin apardığı beyin dizaynı formalaşdırma işini uğurla davam etdirirlər. Psixoloji cəhətdən zəif olan insanlar bu gün beyinlərinə ötürdükləri informasiyaların niyə onlara verildiyi haqqında düşünmək belə istəməyərək bu informasiyalara qeydsiz -şərtsiz inanırlar.

Şüuraltı qəbul edilən ulduz falları kimi psixoloji təsirli cümlələrin köməyi ilə beyinlərə yerləşdirilən konkret qərarvermə modelləri ilə insanlar özlərinin fərdi inkişaf edəcəyinə inandırırlar. Problemə yanaşma çıxış yolları, iş və şəxsi həyatında uğur qazanma metodlarını oxuyan müasir fərd özünü buna inandıraraq sistemi istədiyi kimi düşünməyə başlayır və asan idarəedilən fərdə çevrilir.

P.S. Yaponların belə bir misalı var: Oxuduğunuz hərşeyə inanacaqsınızsa, yaxşısı budur oxumayın.

AzNews.az