22 yaşlı oğlanın köməyə ehtiyacı var

Ağır xəstəlikdən əziyyət çəkən 22 yaşlı Elxan Bədəlzadənin köməyə ehtiyacı var.

AzNews.az-a verilən məlumata görə, buna baxmayaraq, ankoloji xəstəlikdən əziyyət çəkən gənc müalicə olunmaq imkanından xali deyil.

Bunun üçün ona kömək etmək şansınız var:

"Elxan Bədəlzadənin cəmi 22 yaşı var. 2013-cü ildən sağ kürək nahiyyəsində xərçəng xəstəliyindən əziyyət çəkir. Türkiyənin İstanbul şəhərində Hisar Beynəlxalq xəstəxanasında və Acıbadem xəstəxanasında müayyinə olunub. İki aydır ki, kimyaterapiya olunur.

Martın 20-də kimyaterapiya bitir və Acıbadem xəstəxanasında əməliyyata getməlidir. Əməliyyatın məbləği 30000 AZN-dir. Bu məbləğin bir hissəsi artıq yığılıb. Lakin hər birinizin köməyinə ehtiyyac var.

Qeyd etmək lazımdır ki, Elxanın bacısı Elnarə 2013 ildə 20 yaşında ikən qarın boşluğunda yaranmış xəstəlikdən dünyasını dəyişib. Elxanı da itirmələri onun valideynləri üçün əsl bir faciə ola bilər (olmaz İNŞALLAH). Onlara kömək etmək hər birimizin mənəvi borcudur".

BANK HESABI – 380100000071334 ("Bank of Baku", "Mərkəz" filialı)

HESABIN SAHİBİ – Əliyeva Sevinc Qəhrəman q.

VÖEN – 1700038881
KOD – 507592
MÜXBİR HESABI – 01370:0007944

Əlaqə nömrələri – (055) 599-19-83 – Sevinc x.

Elxana başqa cür də kömək edə bilərsiniz. Məsələn, müxtəlif tədbirlərə ("Sevincli ümüdlər" uşaq və gənclərə dəstək İctimai Biliyinin təşkil etdiyi konsert, yığıncaq və s.) bilet almaqla.

Bundan başqa Elxanı yaşadığı Qəbələ rayonunda da ziyarət edə bilərsiniz. Bunu üçün də "Sevincli ümüdlər" uşaq və gənclərə dəstək İctimai Biliyi ilə əlaqə saxlamaq olar.

Allah hamınızdan razı olsun!

AzNews.az