- Köhnə - Cəmiyyət
- 5 Mart 2014 11:09
- 4 328
Kosa Azərbaycanı tərk etdi - İnciyib

Bunu AzNews.az-a Azərbaycanın milli "Kosa"sı Qafar Novruzlu deyib. Onun sözlərinə görə, dəyəri bilinməyən yerdə qalmaq mənasızdır:
"Mən bu il Azərbaycanda keçiriləcək novruz şənliyi ilə əlaqədar heç bir tədbirdən dəvət almadım. Azərbaycanın Kosasının adının üstündən bir xətt çəkdilər. Neyləyim? Türkiyədə folklor sənətinə böyük qiymət verilir. Mən də 6 aydır ki, Türkiyənin İstanbul şəhərində yaşayıram. Demək olar ki, qəti qərar verdim. Bütün işlərimi Türkiyədə quracam və orada yaşayacam".
Q.Novruzlu onu da bildirdi ki, qarşıdan gələn Novruz bayramında Türkiyədə olacaq.
Xatırladaq ki, Q.Novruzlu 1997-ci ildən keçirilən rəsmi Novruz şənliklərində "Kosa" obrazını canlandırıb. Ötən il o, Novruz şənliklərinə dəvət almadığına görə, Prezident İlham Əliyevə müraciət edib. Aktyor "Kosa" rolundan uzaqlaşdırılmasında Mədəniyyət və Turizm Nazirliyini ittiham edir.
Bahar Rüstəmli
AzNews.az