Hərbi hissələrdə mobil telefonlara qadağa- Açıqlama

Cəbhə xəttində yerləşən hərbi hissələrdə zabit və gizirlərin mobil telefonlardan istifadəsinə məhdudiyyət qoyulub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bu məhdudiyyət məlum səbəblərdən düşmənlə üz-üzə dayanan həmin hərbi hissələrdə məxfiliyi qorumaq məqsədilə qoyulub.

Müdafiə Nazirliyinin cəbhə xəttindən kənar digər təsisatlarına gəlincə, xidmətin rəisi qeyd edib ki, bununla bağlı hər hansı qadağa və məhdudiyyət yoxdur.

AzNews.az