- Köhnə - Cəmiyyət
- 8 Mart 2014 08:53
- 5 926
İmran Cəfərzadə Almaniyadan qayıtdı- FOTOLAR

Ağlayaraq getdikləri bu səfərdən böyük sevinclə qayıtdıqlarını deyən İmranın anası Nuridə Cəfərzadə verdiyi dəstəyə görə ölkə başçısı İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.
İmranı qarşılayanlar arasında onun yaxın qohumları və jurnalistlər də olub. Göstərdiyi maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə təşəkkürünü bildirən baba, "Kaş ki, bu baş verənlərin heç biri olmasaydı" - deyib.
Müalicənin qismən başa çatdığını deyən ana Nuridə Cəfərzadə İmranın sol ayağında olan və gəzməsinə mane olan əyrilik səbəbindən bir daha Almaniyaya gedəcəklərini bildirib.
Atasının yerə qoyaraq gəzdirmək cəhdinə müsbət cavab verməyən İmran isə danışmaq da istəməyib.
Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış "Akvapark" adlanan qurğu işə salınıb.
Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
AzNews.az



